
Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?
Bakının gözəl memarlıq nümunələrindən olan Səadət Sarayı haqqında insanlar müxtəlif fərziyyələr söyləyir, qəribə fikirlər səsləndirirlər. Guya, bu bina lənətlənib. Ona görə də bu sarayda nikaha girənlər ailə xoşbəxtliyi tapmırlar. Hətta burada toy edənlərin bir müddət sonra boşandıqları və yaxud övladlarının olmadığı da iddia olunur.