Niyə xanımlar qısa geyinməyə meyillidir?

Niyə xanımlar qısa geyinməyə meyillidir?


empatv.az 

Psixoloq Gülnar Orucova ilə müsahibəsində “Geyim”lə bağlı mövzuya toxunub.

Diqqət çəkmək üçün belə geyimlərdən istifadə edirlər!

Gülnar Orucova açıq geyinən xanımlar haqqında danışdı.

“Daha çox açıq geyinən xanımlar İsterik tip olurlar, diqqət çəkmək istəyirlər. Ətrafdan xoş söz eşitmək istəyirlər”


- Geyimdə ətrafın fikrini nə qədər önəmsəmək lazımdır?

“Əgər insan özünü tanıyırsa, geyimində ətrafın fikrini önəmsəməyə ehtiyac yoxdur”


- Gülnar Orucova vurğuladı ki, uyğunsuz geyimlər geyinirlər!


O bu mövzuya belə fikir bildirdi: “Belə ki, hər geyimin öz yeri vardır. Özüm də bunu çox zaman müşahidə edirəm ki, elə yerlər olur ki, tamamilə ora uyğun olmayan geyimlər geyinilir. Sadəcə insan hara getdiyini bilməli və ona uyğun geyim tərziniuyğunlaşdırmalıdır.”


- Cəmiyyətimizdə qadınlar açıq geyimlərinə görə bəzən ayrı seçkiliyə məruz qalırlar. Sizcə buna səbəb nədir?


Gülnar Xanım bu məsələni bele işıqlandırdı: “Belə bir söz var ki, deyirlər geyim əxlaqın göstəricisidir. Buna haqq verənlər və verməyənlər də vardır. Bəzən cəmiyyət açıq geyinən xanımları damğalayır, əxlaqsız adlandırır.”


- Peşə etikasını pozurlar!


“Əgər əvvəllər açıq və dar geyimləri çox vaxt gənclər geyinirdilərsə, bu gün kifayət qədər orta və daha yaşlı xanımlar da şalvar, sarafan və mini yubka geyinirlər. Çox açıq geyinmələrinin səbəbini soruşanda isə bunu dəblə əlaqələndirirlər. Həm də xanımlar bu cür geyimlərdə yalnız istirahətə və ya əyləncələrə deyil, təhsil müəssisələrinə, iş yerlərinə də gedirlər”


Gülnar Orucova bu məsələdə son sözünü belə dedi: “Insan öz peşə etikasına riayət etsə və ona uyğun geyinsə daha Yaxşı olar!”


Empatv.az saytı daha bir aktual mövzuya toxundu. Növbəti sualı ünvanladı.


- Şagirdlərin ətəklərini məktəbə gedərkən qısaltmasının kökündə nə dayanır?


Gülnar Xanım qeyd etdi ki, uşaqlara nələrisə qadağa edəndə bu onların diqqətini daha çox çəkir.  “Valideyn qadağa qoyarkən, konkret olaraq niyəsini açıqlamır.

Biz bunu deyəndə artıq uşaqların meyli daha çox ora fokuslanır.Daha çox basqı uyğulanan uşaqlar böyüdükdə açıq saçıq geyimə meyilli olurlar. Təbii ki, istisnalar vardır.

Ölkədə aktual mövzuya çevrilən “geyim”lə bağlı fikirlər müxtəlifdir. Insanlar azaddır. Geyimdə azaddır, lakin Gülnar Xanımında dediyi kimi, yerlərə uyğun qaydada. Bəzi müəssisələr vardır ki, orada geyim qaydaları var. Ölkədə bitmək bilməyən bu mövzu hər gün qalmaqala səbəb olur.



Muxbir: Aysun Alyarova 

Redaktor: Roza Əliyeva

Top