
Boşanmaya səbəb cinsi tələbatın ödənilməməsidir və.
empatv.az
Psixoloq: Gülnar Orucova ilə müsahibəsində bəzi gündəm olan məqamlara toxundu.
-Boşanma halları buna görə baş verir:
-Aradan pərdənin götürülməməsi!
Gülnar Orucova bu məsələyə aydınlıq gətirib. O bildirib ki, boşanmaya səbəb cinsi tələbatın ödənilməməsidir. “Qadın və kişi bunu bir-birinə bildirmirlər. Düşünürlər ki aradan pərdə götürülər. Amma bu pərdə məhkəmə zalında götürülür artıq.”
-Bəs necə davranılsa bu boşanma baş verməz?
“Qadın və kişi necə cinsi münasibət yaşamaq istədiyini bir-birinə desə, eləcə də evlənmədən öncə fikir mübadiləsi aparıb, bir-birlərini başa düşsə daha yaxşı olar. Boşanmaların sayı azalar.”
-Kontrol etmək!
-Boşanmanın digər faktoru nədir?
“Hər iki cinsin həddindən artıq qısqanclığı. Kontrol etmək istəyi”
Gülnar Orucova bildirdi ki, bu xüsusilə özgüvənsiz qadınlarda olan xüsusiyyətdir. Hətta bəzən özlərindən nələrsə uydura bilirlər.
Həmçinin əlavə etmişdir ki, cəmiyyətin əsas özəyi kimi ailə möhkəm təməl üzərində qurulmalıdır. Bu təməl mənəvi, psixoloji, fizioloji özünü dərk qarşılıqlı hörmət və məhəbbət, məsuliyyət hissinin, ailənin hüquq və vəzifələri və sairə hazırlığın və sair cəhətlərin yüksək hazırlığı və dərk edilməsi prinsipləri üzərində qurulduqda daha da möhkəmlənir. Belə olduqda boşanma üçün əsas ola bilməz.
-Bəs boşanma nədir?
“Boşanma — evli tərəflər arasında ailə ilə bağlı və qanunla nəzərdə tutulan məsuliyyətlərə son qoyulmasıdır. Bu proses ailənin dağılması kimi də tanınır.”
Daha sonra Gülnar Orucova qeyd etdi ki, ən kiçik səbəblər belə ailənin dağılmasına gətirib çıxarır.
Empatv.az saytı Gülnar xanım Orucovanın fikirlərinə əsasən yazır ki;
Boşanma mövzusunda belə qənaətə gəlinir ki, əsas səbəb xəyanətdir. Buda cinsi münasibətlərin danışılmamasından qaynaqlanır. Ümumiyyətlə münasibətin hətta yarıdan çoxunu cinsi münasibət əhatə edir. Boşanma halları ölkəmizdə il ötdükcə artmaqdadır. Cəmiyyətimizin aktual problemi hesab olunur. Bununla yanaşı boşanma hallarına bir neçə komponentləri əlavə etmək olar.
Muxbir: Aysun Alyarova
Redaktor: Roza Əliyeva