Uşaqların Beynəlxalq Müdafiəsi günü.

Uşaqların Beynəlxalq Müdafiəsi günü.


Bu gün 1 İyun "Uşaqların müdafiəsi günüdür". Bu günün təsis edilməsində əsas məqsəd, dünyadakı bütün uşaqların qanunla və əxlaqi baxımdan, müəyyən edilmiş  təhsil, sığınma, fiziki, psixoloji, cinsi istismara qarşı qorunma kimi hüquqlarını təmin etməkdir.  Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi qiymətləndirilir. Hər bir uşaq cinsindən , irqindən, milli mənsubiyyətindən, rəngindən, dinindən asılı olmayaraq zərər görmədən yaşamaq hüququna malikdir. Uşaqların müdafiə olunması haqqında BMT tərəfindən, uşaq hüquqları haqqında konvensiya qəbul olunmuşdur. Bu konvensiyada, uşaqları zorakılığın bütün formalarından qorumaq üçün müvafiq olaraq inzibati, sosial, maarifləndirici tədbirlər öz əksini tapmışdır. Uşaqların müdafiə olunmasında UNİCEF, UNCHR, “Save the children” kimi təşkilatları misal gətirə bilərik. Unicef təşkilatı ölkəmizdə uşaqların milli müdafiə sistemlərinin gücləndirilməsində çox böyük işlər görmüşdür. Unicefin fəaliyyət istiqamətlərinə aşağıdakıları misal gətirə bilərik. Çətin həyat şəraitinin qiymətləndirilməsi,baxımsız sosial vəziyyəti aşağı olan uşaqlara göstərilən xidmətlər, əlilliyi olan uşaqlara xidmət göstərilməsi , yoxsul sosial izolyasiyaya məruz qalan uşaqların müdafiəsi , bu göstərilən xidmətlər hamısı uşaqların müdafiəsini artıran kompleks tədbirlər sistemidir.
Uşaqların müdafiəsində iştirak edən digər aktorlara, valideynlər, icmaalar, submilli, milli və beynəlxaq təşkilatlar daxildir. Uşaq alveri , cinsi zorakılıq, uşaqların təhsildən yayınması, müharibələr, miqrant uşaqların məruz qaldığı çətinliklər, uşaqların yoxsul baxımsız şəraitdə yaşadılması, valideynləri tərəfindən kiçik yaşlarından işlədilməsi, diləndirilməsi, göstərilən bütün misallar uşaqların azadlıqlarını yaşamaq hüququnu əlindən alan əsas faktorlardır. Uşaqlar sadəcə firavan, sülh, təhlükəsiz , azad, yaşamaq istəyirlər.Gəlin onların bu hüquqlarını əlindən almayaq. Çünki "Uşaqlar" bizim gələcəyimizdir.


Sosioloq Çinarə Hüseyinova
Top