Xəyalən meşəyə gəzinti - Psixoloji test

Xəyalən meşəyə gəzinti - Psixoloji test


Xəyalınızda canlandırdığınız meşə gəzintisində özünüz haqqında hansı maraqlı şeylər öyrənə bilərsiniz? Sizi məşəni gəzməyə dəvət edirəm, yalnız təxəyyülünüzdəki meşənı... 

1.Təsəvvürünüzdə ağacları, heyvanları və insanları meşədə canlandırın. (üzr istəyirəm, yaxınlıqda yaşayış var) İndi isə bütün bu pulsuz fantaziyaların nə demək olduğunu sizə izah edəcəyəm.

2.Təsəvvür edin ki, meşədə gedirsiniz. Meşənin necə olduğunu nəzərinizdə canlandırın. Günəşli və ya buludludu, orada hansı ağaclar böyüyür, aralarındakı məsafə nə qədərdı? 

3.Meşədə özünü necə hiss edirsən? İlin hansı fəslində, günün hansı saatında buradasınız? Təksiniz? Yeri gəlmişkən siz meşədə nə edirsiniz? Hansı məqsədlə gəlmisiniz?

Qəflətən yerdə parlayan əşya nəzərinizi cəlb edir. Əyilirib baxanda açar olduğunu görürsünüz. O nəyin açarıdı? Siz onunla nə edəcəksiniz? Açar yerdən qaldıracaqsınız , ya əhəmiyyət verməyib ötüb geçəcəksiniz?

.Qəflətən nəzərinizi ayı cəlb edəcək. Ayını təsvir edin. O nə edir. Gördüyünüz an nə hisslər keçirdiniz. O sizə necə təsir bağışladl? Siz ona əhəmiyyət verdiniz?

4.Qarşıda bulaq görünür. Ondan su içib üzünüzü yuyacaqsınız?

5.Daha irəli gedib bir hasarın qarşısında dincəlırsiniz. Şənin fikrincə divar hündürdü, nazikdi ya hansı materialdandı? 

6.Hasarın o biri tərəfində olmalısan. Bunu öhdəsindən necə gələ bilərsən? Keçməyiniz asandır? 7.Yolunuza davam edirsiniz və çuxur nəzərinizi cəlb edir. O böyükdür ya kiçik? Çuxura baxacaqsınız? Hansı heyvanın onu qazdığı sizə maraqlandırır? Orada oturan heyvana baxmaq istərdiniz? 

8.Qəflətən haradansa cırtdan adam peyda olur. Diqqətizi özünə cəlb etməyə çalışır, ayaqlarınız altında bükülür. Sizin reaksiya necə olar? Əsəbləşərsiniz? Ona yazığınız gələr? Sizi incitməyə davam edərsə, nə edərsiniz?

9.Yolun səmti çay sahilinə çıxır. Çayın təsvirini dəqiq söyləyin. Su orada necədi, suyun axarı, günün vaxtı, dibində daş var, ya yoxdu? Sahildə gəzmək sizin xoşunuza gəlir?10.Siz çaya tərəf gəldiniz. O biri sahildə isə ev görürsünüz? O necə evdi?

11. Sizi məmnun etmək istəyirəm, bu sizin evinizdir, qapılarda bunu bildirən bir işarə var.Qapıdakı lövhənin üzərində bu barədə məlumat var. Lövhə necə görünür və konkret olaraq orada nə yazılıb? 

12. Qapıdakı lövhənin üzərində nə yazılıb? Qapını açıb içəri daxil oldunuz. Hər tərəfə nəzər yetirirsiniz. Ev sizi qane edir? Hər tərəfdə səliqəlilik hökm sürür, ya əksinə təsir bağışladı, qarmaqarışırlıqdı? Bu evdə necə otaq var? Sayını deyin və bir- bir təsvir edin.

13. Zirzəmiyə nəzər salın. Nə görürsünüz? Siz ora girəcəksiniz? Orada qalardınız, ya o dəqiqə çıxarardınız? 

14. Siz çardağa qalxmısınız. Orada nə saxlanılır? Çardaq səliqəli təsir bağışlayır yoxsa hər tərəf parakəndədi. Siz orada nə qədər zaman keçirdiniz?

15. Siz evi tərk edirsiniz.Təəssüflə, yoxsa sevinclə? Tezliklə ora qayıtmaq istərdinizmi?

16. Daha irəli gedirsən və təpənin üstündən dənizə baxırsan. 

17. Dənizi təsvir edin. Hava sakitdi, ya fırtınalı, günəş, külək var? Qağayılar dənizin üstündən uçur. Yüksək, aşağı, sizə yaxın və ya uzaq? Onların səsini eşidirsən?Sizdə hansı hissləri oyadır?

18. Siz gəmi görürsünüz. O necə gəmidi? Sahildən nə qədər uzaqlıqdadı? Siz ona çata bilərsiniz? Siz bunu edəcəksiniz? Oyunun formasına baxmayaraq bu həqiqətən psixoloqların tez-tez istifadə etdikləri çox ciddi testdirAssosiativ təfəkkürə əsaslanır, yəni testlərdə "düzgün" cavabları "uyğunlaşdırmaq" istəyənləri burada aldatmırlar. Burada yalnız şüuraltı təfəkkür işləyir, bildiyimiz kimi o da müstəsna hallarda belə hiyləgərlik bacarmır.Bəzi nəticələr sizin üçün əsassız görünsə də, hər şeyi bir anda inkar etməməyə, şüuraltının səsinə qulaq asmağa çalışın. Çox sayda faydalı məlumat şüuraltında gizlənir, unutmayın.

Top