Qayğı ve Stressdən qurtulmaq üçün maraqlı oyun

Qayğı ve Stressdən qurtulmaq üçün maraqlı oyun


5-4-3-2-1 metodu

Qayğı ve Stressdən qurtulmaq üçün maraqlı oyun

Bu metodun ilk addımı gördüyünüz 5 şeyi tamamlamaqla başlayır. 


Daha sonra eşitdiyiniz 4 şeyin fərqində olmağa çalışırsınız. Ardından toxunduğunuz və hiss etdiyiniz 3 şeyə dəqqətinizi vermək lazımdır.  Bu ayaqqabılarınızın içindəki ayaqlarınız və ya üzüyünüzün içindəki barmağınızı hiss etməyə qədər bir çox fərqli şeylər ola bilər. Daha sonra qoxusunu aldığınız 2 şeyi və dadını aldığınız 1 şeyin fərqində olmaqla çalışmanı tamamlayırıq.  Bunun üçün dərin bir nəfəs aldıqdan sonra sırayla,

5 əşya təsvir et. Ətrafında gördüyün 5 əşyanı təsvir edərək adlarını demək kifayətdir.

4 səs eşit.  Əgər musiqi dinləyirsənsə musiqini dayandır və eşitdiyin 4 səsi təsvir et. Musiqi səsindən uzqlaşa bilmirsənsə bu instrument də ola bilər. 4 instrument təsvir et.

3 şey hiss et. Burada toxunma hissini təsvir edirsən. Məsələn ayaqqabılarının içindəki ayaqlarını, stula oturan vücüd bölgəni, üzünə dəyən küləyi vs. hiss et.

2 şey qoxla.  Ətrafdan aldığın fərqli qoxuları təsvir et. Burnuna o anda tək bir qoxu gəlirsə, fərqli bir şeyi qoxlayaraq da təsvir edə bilərsən.  Əgər burnun tutulubsa sevdiyin bir çiçəyi və ya yeməyi xəyalında canlandıra bilərsən.

1 şeyin dadına bax.   Ağzının içində o ankı dadı təsvir edə bilər və ya bir yudum su içə bilərsən. 

Diqqətimizi duyğulara vermək indiki ana qayıtmağımızı təmin edir, əşyaları saymaq mənfi düşüncələrimizin arasına girərək, sıxıntılarımızdan uzaqlaşmağa kömək edir. 

Top