Əsəblərinə nə qədər nəzarət edə bilirsən? Bu testlə öyrən!

Əsəblərinə nə qədər nəzarət edə bilirsən? Bu testlə öyrən!


Aşağıdakı 15 sualı cavablayaraq əsəbi və ya təmkinli biri olub-olmadığınızı müəyyən edin!

Qaydalar:
Hər "Bəli" cavabı – 1 bal
Hər "Xeyr" cavabı – 0 bal

Suallar:

1)Əhvalınız tez-tez dəyişir?
2)Səbrsiz birisiniz?
3)Fikriniz tez yayınır?
4)Başqalarının sizin haqqınızdakı fikirləri sizi narahat edir?
5)İnsanlara qarşı aqressiv ola bilirsiniz?
6)Həmişə vaxt çatışmazlığından şikayət edirsiniz?
7)Narahat olanda yuxusuzluq yaşayarsınız?
8) Səslər sizi əsəbiləşdirir?
9)Telefon zəngi çalanda diksinirsiniz?
10) Kiçik problemlər belə sizi hövsələdən çıxarır?
11) Səhhətiniz barədə tez-tez düşünürsünüz?
12) Sakitləşdirici vasitələrdən istifadə etmisiniz?
13) Gecə qapını bir neçə dəfə yoxlayırsınız?
14) Bəzən hər şeyi atıb getmək istədiyiniz olurmu?
15) Həyəcanlananda səsiniz titrəyir?

Nəticənizi hesablayın:

0–5 bal:
Sakit, təmkinli və emosiyalarınızı yaxşı idarə edən birisiniz. Stressə qarşı dözümlüsünüz.

6–10 bal:
Gərginliklərə açıq, lakin müəyyən səviyyədə idarəetmə qabiliyyətiniz var. Dincəlməyə və rahatlaşmağa daha çox zaman ayırın.

11–15 bal:
Əsəbi, tez həyəcanlanan və səbrsiz xarakterə maliksiniz. Dərin nəfəs alma məşqləri, meditasiya və emosional dəstək sizin üçün faydalı ola bilər.

Unutmayın: bu test sadəcə özünüzü tanımaq üçündür. Dərin narahatlıqlar hiss edirsinizsə, mütəxəssis dəstəyi almaqdan çəkinməyin.
Top