Yaradıcı imkanlarınız necədir?
1. Hesab edirsinizmi ki, sizi əhatə edən ətraf aləm yaxşılaşa bilər?
a) bəli
b) xeyr
c) bəli, ancaq heç də hər şey yox
2. Düşünürsünüzmü ki, siz əhatə olunduğunuz ətraf aləmin hiss olunacaq dərəcədə dəyişdirilməsində rol oynaya bilərsiniz?
a) bəli, əksər hallarda
b) xeyr
c) bəli, az hallarda
3. Hesab edirsinizmi ki, sizin ideyalarınızın bir qismi seçdiyiniz fəaliyyət sahəsində əhəmiyyətli tərəqqiyə səbəb ola bilər?
a) bəli
b) belə ideyalar mənlik deyil
c) hesab etmirəm ki, əhəmiyyətli tərəqqi olsun, ancaq nəsə qazanmaq olar
4. Hesab edirsinizmi ki, gələcəkdə nəyinsə prinsipial olaraq dəyişdirilməsində vacib rol oynaya bilərsiniz?
a) bəli, yəqin ki
b) ehtimal çox azdır
c) ola bilər
5. Siz nəyisə həll etmək qərarına gələrkən inanırsınızmı ki, bu iş alınacaq?
a) bəli
b) tez-tez şübhə edirəm, görəsən bu iş alınacaqmı
c) inamsızlığım daha çox olur
6. Sizdə özünüz üçün naməlum olan, tamamilə səriştəsiz olduğunuz, bilmədiyiniz bir işlə məşğul olmaq istəyi baş qaldırırmı?
a) bəli, hər cür naməlum iş məni cəlb edir
b) naməlum işlər məni cəlb etmir
c) hər şey işin özündən asılıdır
7. Tanış olmadığınız bir işlə məşğul olmusunuzmu? Belə işlərdə özünüzü sınamaq və təkmilləşmək istəyiniz varmı?
a) bəli
b) nə alınıbsa, o da bəsimdir
c) bəli, əgər bu xoşuma gəlirsə
8. Əgər bilmədiyiniz bir iş xoşunuza gəlirsə, onun haqqında hər şeyi öyrənmək istərdinizmi?
a) bəli
b) xeyr, gərək onu lap dərindən öyrənəsən
c) xeyr, buna mən bir həvəs kimi baxardım
9. Siz uğursuzluğa düçar olarkən:
a) bir müddət inadkarlıq edirsiniz
b) bu hadisənin qaçılmaz olduğunu bilərək ona əhəmiyyət vermirsiniz
c) nə qədər ki, sağlam fikirlər çətinliklərin aradan qaldırılmasına mane olmur, öz işinizi davam etdirirsiniz
10. Peşəni seçərkən gərək buna əsaslanasınız:
a) öz imkanlarınıza və perspektivinizə
b) peşənin stabilliyinə, əhəmiyyətinə, lazımlı olmasına və ona olan tələbata
c) peşənin nüfuzuna və üstünlüklərinə
11. Səyahətə gedərkən başqalarına olduğunuz yerlər barədə bələdçilik etməyi bacararsınızmı?
a) bəli
b) xeyr
c) əgər həmin yerlər xoşuma gəlmiş və yadımda qalıbsa, bəli
12. Söhbətdən dərhal sonra nə barədə danışıldığını xatırlaya bilirsinizmi?
a) bəli
b) xeyr
c) mənim üçün maraqlı olanları xatırlayıram
13. Əcnəbi dildə söz eşidərkən, onun mənasını bilmədiyiniz halda, səhvsiz olaraq hecaları təkrar edə bilərsinizmi?
a) bəli
b) xeyr
c) təkrar edərdim, ancaq tam doğru olmazdı
14. Asudə vaxtlarınızda nəyə üstünlük verirsiniz?
a) təklikdə qalıb fikirləşməyə
b) hansısa kompaniyalarda iştiraka
c) harada olmağımın mənim üçün fərqi yoxdur
15. Siz məşğul olduğunuz işi hansı halda dayandırardınız?
a) işi başa çatdırdıqda və onu tam yerinə yetirdikdə
b) az və ya çox dərəcədə gördüyüm işə əmin olduqda
c) iş başa çatıb, amma onu daha yaxşı görmək olardı. Ancaq nə üçün?
16. Siz tək olarkən:
a) hər hansı şeylər, ola bilsin mücərrəd şeylər haqqında fikirləşməyi sevirsiniz
b) özünüzə hər hansı konkret bir məşğuliyyət tapmağı sevirsiniz
c) bəzən işlərinizə aid olmayan başqa şeylər haqqında fikirləşirsiniz
17. Hər hansı ideya sizə hakim kəsiləndə o barədə düşünməyə başlayırsınız?
a) harada və kiminlə olmağımdan asılı olmayaraq düşünməyə başlayıram
b) ancaq təklikdə olarkən fikirləşməyə başlayıram
c) yalnız sakitlik olan yerdə
18. Siz hər hansı fikri, ideyanı o halda qəbul edirsiniz ki:
a) opponentlərin fikirləri sizə inandırıcı görünsün
b) hər hansı faktların söylənməsindən asılı olmayaraq öz fikrimdə qalıram
c) mənə qarşı müqavimət həddən artıq güclü olduqda fikrimi dəyişirəm
Nəticələr:
Cavablar belə qiymətləndirilir:
a – 3 bal; b – 1 bal; c – 2 bal.
49 bal və çox – Sizdə çox yüksək yaradıcı imkanlar var. Bu isə sizə belə potensialdan geniş istifadə imkanı verir.
24–48 bal – Sizdə yaradıcılıq potensialı var. Lakin bəzi maneələr bunun qarşısını alır və ləngidir. Ən böyük maneə isə qorxudur. Uğursuzluqdan qorxmaq yaradıcılığınızı məhdudlaşdırır. Əgər istəsəniz, bu imkanları üzə çıxara və təxəyyülünüzün qabiliyyətlərindən geniş istifadə edə bilərsiniz.
23 bal və az – Təəssüflər olsun ki, sizin yaradıcılıq imkanlarınız çox aşağıdır. Ancaq ola bilər ki, siz öz imkanlarınıza düzgün qiymət verə bilməmisiniz. Öz gücünüzə olan inamsızlığınız, sizdə ümumiyyətlə yaradıcılığın olmadığı fikrini yarada bilər.
1, 6, 7, 8 – maraq
9, 15 – stabillik
10 – mənlik
2, 3, 4, 5 – özünə inam
11 – göz yaddaşı
12, 13 – eşitmə yaddaşı
14 – müstəqillik meyli
16, 17 – mücərrədləşdirmə meyli
18 – diqqətin mərkəzləşmə qabiliyyəti