Büdcənizə nəzarət edə bilirsinizmi?

Büdcənizə nəzarət edə bilirsinizmi?


Siz artıq tələbəsiniz və gündəlik fəaliyyətinizdə növbəti pul alana qədər öz büdcənizə nəzarət etməli olursunuz. İndi sizin şəxsi büdcənizə necə nəzarət etməsi, gələcəkdə ailə və rəhbərlik etdiyiniz müəsissənin büdcəsinə də necə nəzarət edəcəyiniz haqqında məlumat verir.

Aşağıda test sualları sizin bu işdəki xüsusiyyətinizi müəyyən etməkdə özünüzə kömək edə bilər. Oxuyun və uyğun cavabdan birini seçin.

1. Əlimə pul düşən kimi hamısını xərcləyirəm. (bəli/xeyr)
2. Hər həftənin (ay, semestr) əvvəlində nəzərdə tutulan xərclərimi yazıram. (bəli/xeyr)
3. Həftənin (ay, semester) sonuna bir qəpiyim belə qalmır. (bəli/xeyr)
4. Mən pullarımı əvvəlcədən nəzərdə tutduqlarıma xərclədiyim üçün əyləncəyə heç nə qalmır.(bəli/xeyr)
5. Mən indi qənaət edib pul yığmıram: təhsilimi başa vurum, ondan sonra pul yığaram.(bəli/xeyr)
   6. Mənim bütün borclarımı
       ödəmək imkanım yoxdur.(bəli/xeyr)
7. Mənim kredit kartım olsa da ondan heç vaxt istifadə etmirəm. (bəli/xeyr)
8. Kredit kartı elə ona görədir ki, bankdan pul götürəsən. (bəli/xeyr)
9. Mən bilirəm ki, hər həftə kefə və əyələncəyə nə qədər pul xərcləyirəm. (bəli/xeyr)
10. Alış-verişin hamsını nağd şəkildə ödəyirəm.(bəli/xeyr)
11. Nə isə alanda çalışıram elə mal alım ki, keyfiyyətli və münasib qiymətə olsun. (bəli/xeyr)
12. Mənim cibimdə az qalsa da dostlarım borc pul istəyəndə verirəm. (bəli/xeyr)
13. Mən heç vaxt dosatlarımdan borc pul almıram. (bəli/xeyr)
14. Mən hər ay xərcimdən əlavə ehtiyat üçün pul yığıram. (bəli/xeyr)

Balların hesablanması və nəticələrin şərhi:

2, 9, 10, 13 və 14 saylı suallara verilən ―bəli cavabı yoxlanılan şəxsin büdcə məsələsinə çox intizamla yanaşdığını göstərir.

4, 5, 7 və 11 saylı suallara verilən ―bəl cavabı yoxlanılan şəxsin büdcə məsələsinə kifayət qədər inkişaf etmiş şəkildə yanaşdığını göstərir.

1, 3, 6, 8 və 12 saylı suallara verilən ―bəli cavabı yoxlanılan şəxsdə büdcə nəzarət və tənzimi vərdişinin kifayət qədər inkişaf etmədiyini göstərir.

Baxın və hansı məsələyə diqqət yetirməli olduğunuzu müəyyən edin.
Top