
YÜKSƏLƏN BALIQ - ♓
YÜKSƏLƏN BALIQ - ♓Əgər doğum saatınızda şərq üfüqündəki bürc BALIQ-dırsə demək kimlik olaraq yəni natal xəritənizdə birinci eviniz BALIQ-dır. Balıq su elementli bürcdür, yönətici planeti YUPİTER-dir. Əkizlər bürcü kimi YÜKSƏLƏN BALIQLAR da təbiətcə ikilidir. İkililiyi eyni zamanda hər yönə baxmağıdır. Bunu düzgün yönəltsə ən güclü cəhətinə çevirə bilər. Qərar qəbulunda tərəddüdlü və dəyişkənliyi gözləniləndir. Səxavətli, mehriban olmaqla yanaşı sosial əhatəsi geniş, yayıla bilən bir bürcdür. Göy qübbəsinin BALIQ sahəsinə yüksələni , önəmli planetləri düşənlər universal sevgi-sülh adamlarıdır. Yupiter-in digər idarə etdiyi bürc YÜKSƏLƏN OXATAN -dan fərqli olaraq YÜKSƏLƏN BALIQLAR təbiətcə daha sakit, asta-asta hədəfinə yönəlirlər. Daha çox maddi gəliri təlimlərdəndir. Mənəvi xidmətin gətirdiyi şöhrət ona daha uğur gətirər. Sevgiyə bir yaradıcılıq kimi yanaşımı YÜKSƏLƏN BALIĞIN ən parlaq tərəfidir. Ancaq həyatının ən böyük naliyyəti mənəvi transformasiya olduğundan SATURN-nun xəritədə mövqeyindən çox şey asılıdır. Xatırladım ki, yüksələn bürc əsas çertaları verə bilər amma planet, asteroid, astroloji evlər şəxs haqqında əhatəli fikir bildirir.