Qərb astrologiyasında evlər və mənaları
Çox qədimdən insanoğlu səmaya maraq və həyəcanla baxmış, orada reallaşan hadisələri anlamağa çalışmış, ulduzlara mənalar yükləmiş, onları yerləşmələrinə görə əşya və ya qəhrəmanlara bənzətmişdir. İnsanlıq tarixinin ən köhnə elmləri beləcə doğulmuşdur. Ulduzların yerləşmələri sonrakı nəsillər tərəfindən sistemləşdirilmiş və qeydlər tutulmuşdur. Riyaziyyatın inkişafıyla gün və ay tutulmaları təxminən olaraq hesablana bilmişdir.
Astrologiya Babildə ən yüksək zirvəsini yaşamışdır. Detallı ulduz xəritələri çıxarılmış və məlumatlar diqqətlə yazılıb araşdırılmışdır. Bugünkü astrolojik məlumatlarımızın böyük əksəriyyətini babillilərə, kəldanilərə və digər orta şərq xalqlarına borcluyuq.
Ulduz xəritəsi ümumiyyətlə on iki bərabər qisimə bölünmüş bir dairədir. Bu qisimlərə "Səmanın Evləri" adı verilir. Həyatımızın fərqli sahələrini və şəxsiyyətimizin fərqli istiqamətlərini əks etdirirlər. Planetlər kainatda gəzərkən bu bölgələrdən yəni evlərdən keçirlər. Bəzi evlər işimizi, bəziləri ailəmizi, bəziləri isə sağlamlığımızı təsir edir. Evlər sırasıyla həyatı, fərdi rifahı, zənginliyi, qan bağını, uşaqları, sağlamlığı, evliliyi və həyat müddətini, ölüm vəziyyətini və mirası, zəka və xarakteri, həyatdakı mövqelərinizi, yoldaşlıqlar və müvəffəqiyyətləri, düşmənləri və tərs taleyi təmsil edər. Doğum anımızda planetlərin evlərdəki mövqeyi bürcümüzü, şəxsiyyətimizi, zehni qabiiyyətimizi və digər xüsusiyyətlərimizi təyin edər. Hər evə tıqlayaraq daha çox məlumat əldə edə bilərsiniz.
1. Ev
Sizinlə əlaqədar çox şey söyləyər, görünüşünüz, şəxsiyyətiniz və sizin üçün əhəmiyyətli olan şeylərdir. Bu ev xarici dünyaya göstərdiyimiz üzümüzü təmsil edər. Bu evə düşən bürc şəxsiyyətimiz üstündə söz sahibidir. Mənliyin, təbii meyllərin, enerji səviyyəsinin və yeni başlanğıcların evidir. Birinci ev təşəbbüskar, enerjili Mars və Qoç bürcü tərəfindən idarə olunur. Qeyd: Doğulduğunuz an üfüqdə yüksələn planet yüksələn bürcünüzü təyin edər. Qəti doğum anınızı bilirsinizsə birinci evinizi tapa bilərsiniz. Doğum xəritənizi bir astroloqa çıxartdırsanız və yüksələn bürcünüzdən əminsinizsə aylıq və illik şərhlərdə həm günəş bürcünüzü həm yüksələn bürcünüzü oxumalısınız. Yüksələn bürcünüz doğum anında əldə etdiyiniz və təbii olaraq çölə əks etdirdiyiniz xüsusiyyətləri göstərər. Buna görə eyni bürcdən olub çox fərqli xüsusiyyətləri olan insanlar vardır. Biz əslində yüksələn və günəş bürcümüzün qarışığıyıq.
2. Ev
Buğanın təbii evi sayılan ikinci ev, adamın qazandığı pulu, sahib olduğu, alacağı maddi şeyləri və bu mövzulardakı tutumunu göstərir. Eyni zamanda adamın pul qazanma tutumunu və təhlükəsizliyini təmsil edən Venera tərəfindən idarə olunur.
3. Ev
Bu ev xəbərləşmə, qısa səfərlər, nəqliyyatla əlaqədar mövzular (avtomobil alış-verişi), kontraktlar, yaxın qohumlar, qardaşlar və təhsili təmsil edər. İnsanın düşüncə tərzini, ətrafına uyğun gəlməsini açıqlayar. Yazı yazma, danışma, kitab oxuma və düşüncə tutumunu idarə edər. İlk, orta təhsil və uşaqlıq təcrübələri bu ev tərəfindən idarə olunar. İntellektual, ünsiyyətçi, xəbərçi, Merkuri və onun bürcü Əkizlər tərəfindən idarə olunur.
4. Ev
Dördüncü ev yuvaya aiddir. Ana və ata, ailə həyatı, doğum yeriniz, eviniz, həyatınızın irəlidəki illəri bu ev tərəfindən idarə olunur. Əmlak ilə əlaqədar mövzular, ev alıb satma, kirayəyə götürməyi təmsil edər. Ay və yengəc bürcü tərəfindən idarə olunmaqdadır.
5. Ev
Eşq həyatı, sevgi, romantizm, əyləncə, nümayiş, hobbilər, taleh oyunları, birja bu ev tərəfindən idarə olunur. Bu ev eyni zamanda yaradıcılıq və uşaqları göstərir. Güc və həyat verici günəş və onun bürcü Aslan tərəfindən idarə olunur.
6. Ev
Bu ev gündəlik işlər, işiniz və iş ətrafınız, intizam, xidmət, sağlamlıq mövzularını idarə edər. Sağlamlıq cəhətdən ən əhəmiyyətli evlərdən biridir. Bura düşən bürc və varsa planet, insanın sağlamlığı mövzusunda yaxşı ideya verər. Evdə bəslənən heyvanlar və geyim də bu ev tərəfindən idarə olunur. Altıncı ev intellektual, obyektiv Merkuri və onun bürcü detalçı Qiz tərəfindən idarə olunur.
7. Ev
Yeddinci ev başqaları ilə olan bütün ikili əlaqələri yəni evlilik, iş ortaqlıqları, sizi təmsil edən vəkil vs. əhatə edər. Bu ev çoxlu adamın evlənəcəyi insan tipini təyin edər. Həyat yoldaşına və ortaqlara olan mövqeyini təyin edər. Eyni zamanda düşmənləri, iddiaları göstərir. Yeddinci ev zərif Venera və bürcü Tərəzi tərəfindən idarə olunur.
8. Ev
Birləşmiş qazanclar evidir. Evlilik və ortaqlıqla gələn zənginlik, miras, lotereya, ipoteka, vergi, sığorta kimi başqalarının pulu ilə gələn qazancları göstərir. İkinci ev öz qazandığınız pulu təmsil edərkən bu ev başqalarının sayəsində əldə etdiyiniz qazanclar evidir. Seks gücünüz və həyatınız bu ev tərəfindən idarə olunur. Beşinci eviniz evlilik və səkkizinci eviniz də seks həyatını idarə edir. Bu ev eyni zamanda həyatın necə nəticələnəcəyini ifadə edər. Yenidən doğuş, varislik, əməliyyatlar, ruhsal hadisələr bu evin əhatəsindədir. Seksual, təmkinli Pluton ilə onun bürcü Əqrəb tərəfindən idarə olunur.
9. Ev
Uzun səfərlər, xarici ölkələr, beynəlxalq xəbərləşmə, xarici ticarət bu ev tərəfindən idarə olunur. Yüksək təhsil, yeni üfüqlər, fəlsəfə, din, ədəbiyyat, nümayişçilik, əxlaq duyğuları və uzaq qohumlar bu ev mövzularının içindədir. Xoşbəxt, optimist Yupiter və onun bürcü Oxatan tərəfindən idarə olunmaqdadır.
10. Ev
Ulduz xəritəsini təpə nöqtəsi olan onuncu ev insanın müvəffəqiyyət dərəcəsini açıqlayır. Buna "şöhrət, qürur evi" də deyilir. Bir insanın cəmiyyətdə nə qədər yüksələcəyini, bacaracağı işləri bu ev açıqlayır. Bu evdəki uyğun planetlər insanın şöhrət qazanmasını təmin edər. Birinci ev kimi peşənizi və iş həyatınızdaki möhtərəmliyinizi təyin edir. Çalışqan, ciddi Saturn və onun bürcü Oğlaq tərəfindən idarə olunur.
11. Ev
Bu ev dostları, ətrafı, cəmiyyəti, görülən işi, istəkləri, xəyalları, göstərir. Ümidlər və diləklər evidir. Adamın işə götürəninin maddi vəziyyəti haqqında məlumat verir. Kömək təşkilatlar, insanlığa kömək kimi insancıl yanaşmalar və ictimai dəyərlər evidir. Yaradıcı, elm hamisi Uran və onun bürcü Dolça tərəfindən idarə olunur.
12. Ev
Bu ev sirrli, xaricə bağlı, hər kəsdən gizlənən düşüncə və xəyallarla əlaqədar bir yerdir. Şüuraltını, yuxuları, instinkti, hissi, sirləri, hadisələrin pərdə arxasını, həyatın gizli qalmış istiqamətlərini təmsil edir. Ayrıca həbsxana, xəstəxana kimi məhdudlaşdırıcı yerləri də təmsil edir. Özünü fəda etmək (çox vaxt başqa birinin xəstəliyi ucbatından), kədərlənmək, məhdudlaşdırılmaq, gizli düşmənlər və birə-bir edilən xeyriyyəçi köməklər bu evin əhatəsi içindədir. Fədakar Neptun və bürcü Balıq tərəfindən idarə olunur.