13-cü bürc Ophiuchus haqqında bilinməyənlər – Sizin əsl bürcünüz dəyişə bilərmi?
EmpaTV, astroloji və astronomik dairələrdə son illərdə böyük müzakirələrə səbəb olan 13-cü bürc – Ophiuchus barədə maraqlı faktları təqdim edir.
Ənənəvi astrologiyada Zodiak sistemi 12 bürcdən ibarət kimi tanınsa da, elm adamlarının və xüsusilə NASA-nın açıqlamalarına əsasən, əslində göy üzündə Günəşin keçdiyi 13-cü bürc də mövcuddur. Bu bürcün adı Ophiuchus – yəni "İlan daşıyan"dır.
1930-cu ildə Beynəlxalq Astronomiya İttifaqı (IAU) tərəfindən Ophiuchus bürcünün sərhədləri rəsmi olaraq müəyyən edilib. Elmi ölçmələrə əsasən, Günəş hər il 29 noyabr - 18 dekabr tarixləri arasında bu bürcün qarşısından keçir. Yəni bu tarixlərdə doğulan insanlar texniki baxımdan Ophiuchus bürcünün təsiri altındadırlar.
NASA-nın izahına görə, Zodiak bürcləri təxminən 3 000 il əvvəl Babillilər tərəfindən yaradılıb. Onlar 12 ayı əsas götürərək göyü 12 bərabər hissəyə bölüblər, halbuki göy cisimlərinin real hərəkəti bu bölgü ilə tam uyğun gəlmir. Babillər Ophiuchus bürcünü sadəcə sistemə sığmadığı üçün nəzərə almayıblar. NASA bu barədə 2016-cı ildə rəsmi açıqlama da yayımlayıb.