Astroloqların fikrincə, aşağıdakı bürclər bir-birinin “ruh ekizi” hesab olunur:

Astroloqların fikrincə, aşağıdakı bürclər bir-birinin “ruh ekizi” hesab olunur:


Qoç və Əkizlər
Qoçun enerjisi ilə Əkizlərin sosiallığı birləşdikdə, macəra dolu və hərəkətli bir münasibət ortaya çıxır. Hər iki bürc monotonluqdan uzaq duraraq daim yeni təcrübələr axtarır.

Buğa və Xərçəng
Buğa sabitliyə, Xərçəng isə emosional yaxınlığa önəm verir. Ailəyə və sadiqliyə dəyər verən bu cütlük sakit, etibarlı və uzunömürlü münasibət qura bilər.

Əkizlər və Tərəzi
Hava ünsürlü bu bürclər intellektual səviyyədə bir-birini anlayır. Ünsiyyət bacarıqları və diplomatik yanaşmaları münasibəti balanslı və maraqlı edir.

Şir və Oxatan
Şir diqqət mərkəzini, Oxatan isə sərbəstliyi sevir. Bu münasibətdə qarşılıqlı hörmət və müstəqillik ön plandadır. Hər iki bürc birlikdə enerjili və macəralı həyat yaşayır.

Qız və Oğlaq
Torpaq ünsürlü Qız və Oğlaq real həyatın praktik yönlərinə fokuslanır. Qızın detallara diqqəti ilə Oğlağın planlılığı uyğunlaşır və güclü təməl üzərində sabit münasibət qurulur.

Tərəzi və Dolça
Tərəzi harmoniyanı, Dolça isə orijinallığı sevir. Sosial və yaradıcı xarakterləri bu münasibəti rəngarəng və maraqlı edir. Dəyərləri çox vaxt üst-üstə düşür.

Əqrəb və Balıq
Bu iki su bürcü dərin emosional əlaqə qurmaqda mahirdir. Əqrəbin güclü intuisiyası və Balığın həssaslığı münasibətdə qarşılıqlı anlayış və şəfqət yaradır.

EmpaTV.az xəbər verir ki, astroloji uyğunluq hər kəs üçün fərqli nəticələr doğura bilər, lakin bu tipik bir bələdçi kimi romantik münasibətlərdə yön göstərə bilər.
Top