Qız bürcü

Qız bürcü


 Qadın Qız bürcü:

Onların qəribə təbiəti var. Evliliyə hər zaman az-çox özlərinə kifayət edən rəftarları ilə reaksiya verirlər.Seçici və tənqidi rəftarları ilə sevgini daim özlərindən uzaqlaşdırırlar. Xüsusən də evliliyi daha da yaxınlaşdırmayanda, münasibətlərində eqoistliklərini ortaya qoyurlar. Həqiqətən də bir gün evlənmək istəyirlərsə münasibətlərini hörmətlə və məntiqlə aparacaqlar.Mükəmməllik axtaran bir insan olaraq seçdikləri həyat yoldaşı onlara daha çox layiqdir.Bunun da fərqindədirlər. Bu evlilikdə heç vaxt ayrılığa yer qalmayacaq. Onlar mükəmməl ana nümunəsi olduqları üçün övladlarının hər şeydə mükəmməl olmasını istəyirlər.Ev və iş həyatı eyni dərəcədə vacib olduğu üçün ikisini də müvəffəqiyyətlə götürəcəksiniz. Övladlarına qarşı tərbiyəli və itaətkar olacaqlar, sizə hörmətlə yanaşacaqlar.Klassik və sadə zövqləri var. Hədəflərini yaxşı seçirlər. Uğur üçün heç bir maneə tanımırlar, qərəzsiz görünsələr də, tərəf tuturlar. Ehtiraslıdırlar amma qisasçı deyillər.. Duyğu və məntiq arasında böyük tarazlıq qabiliyyətinə malikdirlər.. Münasibətlərində çox sevirlərsə, güzəştə gedirlər.

 Kişi Qız bürcü:
İdrak planeti Merkurilə idarə olunan Qız iti ağıla, əla intellektə malikdir. Onu şəxsi karyerasının və var-dövlətinin artırılmasına kömək edən hər bir şey maraqlandırır. İnsan haqqmda birinci bilmək istədiyi şey — onun pulunun olub-olmaması, həmin pulu necə saxlamasıdır. Onun fikrincə, pulu boş yerə xərcləmək olmaz, pul-dəyər ölçüsüdür.
Kişi-Qız çox praktikdir, onun analitik ağlı risk ehtimalını hesablayır. Heç kim Qızı qeyri-praktik hesab etdiyi bir işə pul qoymaq üçün dilə tuta bilməz. O, «yox» dedisə, deməii zarafat etmir, qərarında qətidir, heç kimin təsəvvür etmədiyi və ya ondan daha yaxşı başa düşə bilmədiyi faktlan əldə rəhbər tutur.
Qız dost və məşuqə seçməkdə mahirdir, nadir hallarda yanılır. O, bir səhvi iki dəfə etmir. Hesab edir ki, insanlar onun qaydaları üzrə yaşamalıdırlar; ona görə də hər şeyə tənqidi yanaşır. Bu isə dost və sevgili qazanmaq prosesinə mane olur. Bundan əlavə, Qız kimliyindən asılı olmayaraq heç kəsə yaltaqlanmağa özünü məcbur edə bilmir.Subayların çoxusu bu bürc altında doğulub. Onlar öz işiərinə o qədər aludə olurlar ki, sevgi macəraları barədə düşünməyə vaxtları qalmır. Əla işçidir. Öz xarici görkəminin qayğısına qalır. Lakin əsəbi temperamenti var, ətrafı və mühiti sakit olsa, özünü yaxşı cəhətdən tam göstərə bilir. Kişi-Qız həddən artıq təkid eyləyən deyil; gözləyər ki, qadın onu yatağa dəvət etsin. Qadınların dalınca düşən deyil, istəyir ki, onun arxasınca ov etsinlər. Uzun müddətli münasibətdən sonra, qadınla uyğunlaşır və ona öz təklifini bildirir. Bu da ki, çox götür-qoydan sonra baş verir. Ancaq qadına romantika lazımdırsa, bunu onun özü yaratmalıdır. Öz növbəsində Qız öz sevgilisi qadına təhlükəsizlik və sədaqət vəd edir. Boş vaxtını bağda və ya mütaliə ilə keçirməyə üstünlük verir.
Top