- Qoyun ili - 1931, 1943, 1955, 1967, 1979, 1991, 2003, 2015, 2027...
Bu insanlar ilk baxışdan xoşbəxt görünüşləri ilə diqqət çəkirlər, amma əslində bu belə olmaya da bilər. Utancaqdırlar, pessimizmə meyllidirlər, sərbəst qərar almaqda çətinlik çəkirlər. Adətən çox dindar olurlar. Onlardan nadir hallarda rəhbər çıxır, lakin işlərində diqqətli olurlar. Bu insanlar bəzən pula həddən artıq qiymət verirlər və pul qazanmağa tənbəllik etmirlər. Sadə və şirindil olurlar, eyni zamanda tez əsəbləşirlər, hisslərini cilovlaya bilmirlər. İncəsənət sahəsində uğur qazanırlar.
- Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- dovşan, qaban, at.
- Ailə qurduqda bəzən uğurlu ola bilər- pələng, əjdaha, ilan, qoyun.
- Ailə qurmaq üçün uğursuz illər- öküz, it.