
Meymun ili
- Meymun:…1956,1968,1980,1992,2004,2016,2028…
Bu insanların ən diqqətçəkən xüsusiyyətləri cazibədarlığıdır. Demək olar ki, hər kəsin diqqətini çəkirlər və sevilirlər. İlk baxışdan bunların təsiri altında olmayanlar da sonda təslim olmağa məhkumdurlar. Meymun ilində doğulanlar çox hazırcavabdırlar. Onlar çevikdirlər və orijinal ideyalar yaradırlar. Çox tez öyrənirlər və istənilən vəziyyətə tez uyğunlaşa bilirlər. Bundan əlavə, çox şeytani davranışlar da görünə bilər. Onlar həqiqəti asanlıqla əyir və məqsədlərinə çatmağa çalışırlar. Onların arasında çox ağıllı və usta fırıldaqçılar çıxa bilər.
- Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- əjdaha və siçan.
- Ailə qurduqda bəzən uğurlu ola bilər-dovşan, qoyun, it, meymun.
- Ailə qurmaq üçün uğursuz olanlar - ilan, qaban, pələng.