"Real Madrid"in futbolçusu irqçiliklə mübarizə apardığı üçün medallar alıb


İspaniyanın "Real Madrid" klubunun və Braziliya millisinin futbolçusu Vinisius Junior irqçiliklə mübarizə apardığı üçün Rio-de-Janeyro şəhərinin rəhbərliyindən iki medal alıb.

"Empa TV" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, mükafatlandırma mərasimi "Marakana" stadionda baş tutub.

Orada 23 yaşlı hücumçunun adını daşıyan irqçiliyə qarşı yeni qanun da təqdim olunub. Hazırda Braziliyada tribunalarda irqçiliyə yol veriləcəyi təqdirdə oyunlar dayandırılacaq.

Qeyd edək ki, Vinisius Junior bir neçə dəfə irqçiliyin qurbanı olub. O, ötən mövsüm 55 oyuna çıxıb, 23 qol vurub və 21 məhsuldar ötürmə ilə yadda qalıb.
empatv.az
Top