"Keçən günlərimi qaytaraydılar"
Deyirlər: ən böyük məğlubiyyət yıxılmaq deyil, qalxmağı unutmaqdır.
Mançester şəhərinin qırmızı tərəfi artıq uzun müddətdir yerdən qalxmağı unutmuş kimi görünür.
"Mançester Yunayted" yarandığı 1878-ci ildən bəri hər zaman qazandığı kuboklarla, komanda ruhu və əfsanələri ilə həm ada futbolunda, həm də dünyanın dörd bir yanında markaya çevrilmiş futbol klubudur.
Lakin Ser Aleks Ferqyusonun baş məşqçi postundan getdiyi gündən bu yana klub çempionluğa, kuboklara həsrət qalması ilə yanaşı, həm də əvvəlki mirasından günbəgün itirməkdədir. Yanlış zamanda edilən doğru, doğru zamanda edilən yanlış transferlər və idarəçilikdəki boşluqlar yavaş-yavaş mankunyanların İngiltərə futbolundakı hegemoniyasını sonlandırdı. Azarkeşlər bu gedişatın başlıca səbəbini futbolu oyundan çox pul qazanmaq üçün bir sahə kimi qiymətləndirən Qleyzerlər ailəsində görürlər.
Bu sətirləri yazmaq da, oxumaq da çox çətindir. 20 dəfə İngiltərə çempionluğu, 3 dəfə UEFA Çempionlar Liqası və 13 dəfə İngiltərə Kuboku qazanan klubun azarkeşləri üçün Mançesterin qırmızı tərəfinin bu günlərinə şahidlik etmək xatirə üçün çəkilən şəklin illər sonra həqiqətən xatirəyə çevrilməsi qədər sarsıdıcıdır.
Xülasə, "Mançester Yunayted"in sadiq azarkeşləri şəhərin qırmızı rəngə boyandığı, çempionluq bəstələrinin məhz bu kluba yaraşdığı günləri indi gündüz əllərində çıraq tutaraq axtarırlar. Fikirlərimi isə bəlkə də bir çox azarkeşin ürəyinə su səpən bu sözlərlə bitirirəm: əgər çiçəklər hər fəsildə açsaydı, baharın dəyəri qalmazdı. Və bəlkə də böyük titulların gecikməsinin səbəbi də məhz onların bizim üçün böyük anlam daşımasıdır.
Murad Hümbətov