Çempionlar Liqası:

Çempionlar Liqası: "CimBom" qrup mərhələsinə vəsiqə qazandı


UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə vəsiqə qazanan üç komanda müəyyənləşib.

Pley-offda baş tutan üç cavab görüşündən sonra yoluna bu turnirdə və UEFA Avropa Liqasında (AL) davam edən komandalar bəlli olub.

Türkiyə çempionu "Qalatasaray" səfərdə minimal fərqlə qalib gəldiyi Norveç təmsilçisi "Molde"ni qəbul edib. İstanbuldakı qarşılaşma da "cim-bom"un qalibiyyəti ilə yekunlaşıb və "Qalatasaray" qitənin ən nüfuzlu turnirinin qrupuna yüksəlib.

Digər cütlərdə İsveçrə "Yanq Boyz"u və Portuqaliya "Braqa"sı rəqiblərini üstələyərək, ÇL-in qrupuna vəsiqə qazanıblar. "Molde" ilə yanaşı, Yunanıstan klubu "Panatinaikos" və İsrailin "Makkabi" (Hayfa) komandası mübarizəni AL-in qrupunda davam etdirəcəklər.


Top