
Avropa Liqası: "Qarabağ" püşkatmada hansı səbətdə yer alacaq? - ARAŞDIRMA
Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ"ın hansı turnirin qrup mərhələsində yoluna davam edəcəyinə avqustun 31-də aydınlıq gələcək.
UEFA Avropa Liqasının (AL) pley-off mərhələsi çərçivəsində Sloveniya klubu "Olimpiya"nı səfərdəki ilk görüşdə 2:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi böyük ehtimalla məhz bu turnirdə mübarizəni davam etdirəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşmada sensasiya baş verməsə, "Qarabağ" sentyabrın 1-də təşkil olunacaq AL-in püşkatma mərasimində rəqibləri ilə tanış olacaq.