
Azərbaycan Savat Millisi Avropa çempionatında 4 medal qazandı
31.08 - 02.09.2023 cü il tarixlərində Xorvatiyanın Zaqreb şəhərində Savat idman növünün Assault növü üzrə Avropa çempionatı keçirilib.
Profil.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq Azərbaycan Savat Federasiyasının Milli yığma komandası bu yarışda 6 idmançı ilə təmsil olunub. İdmançıları sizə təqdim edirik:
Qadınlardan ibarət milli komandanın üzvü Tutu İsmayılova 48 kq çəki dərəcəsində, kişilərdən ibarət milli komandanın üzvüləri isə 56 kq çəki dərəcəsində Seymur Şahbazov, 60 kq çəki dərəcəsində Həsən Əliyev, 70 kq çəki dərəcəsində Ağadədə Əliyev, 75 kq çəki dərəcəsində Beyrək Bağırov və 80 kq çəki dərəcəsində Sənan Babazadə təmsil etmişdir.