Pekində həddindən artıq isti səbəbindən çöldə iş dayandırılıb

Pekində həddindən artıq isti səbəbindən çöldə iş dayandırılıb


Havanın temperaturunun 40 dərəcəyə çatacağı gözlənilən Çinin paytaxtı Pekində işçilərə açıq havada işlərini dayandırmaq göstərişi verilib.
Empa TV xəbər verir ki, Pekin şəhər rəhbərliyindən verilən açıqlamada bu gün hava istiliyinin 40 dərəcəyə çatacağı gözlənildiyi, 22 milyonluq şəhərdə təhlükə elan edildiyi bildirilib.
Açıqlamada rəsmi müəssisələrdə çalışan yaşlıların və xəstələrin sərin yerlərdə qalmasının təmin edilməsi ilə bağlı göstəriş verilib və açıq ərazidə görülən işlərin dayandırılması tələb edilib.
Pekin rəhbərliyinin iyulun 3-də verdiyi açıqlamada şəhərdə hava istiliyinin 10 gündür 35 dərəcənin üzərində olduğu və bunun 1961-ci ildən bu yana rekord səviyyədə olduğu açıqlanıb.


Top