
Gəlin və bəy dəbdəbəli retoranda toy edib, hesabı ödəmədən ölkədən QAÇDILAR
İtaliyada maraqlı dələduzluq hadisəsi baş verib.
BİG..AZ xarici mediaya istinadən xəbər verir ki, dəbdəbəli restoranda toy edən, gəlin və bəy hesabı ödəmədən ölkədən qaçıb.
80 qonağın qatıldığı toydan sonra yeni evlənən cütlük hesabı ödəməyərək ölkədən qaçıb. Hesabla bağlı mübahisə olduğunu düşünən restoran sahibi, günün sonuna qədər gözləsə də, cütlüklə əlaqə saxlaya bilməyib.
Yerli polislə əlaqə saxlayan restoran sahibi, cütlüyün Roma üzərindən Almaniyaya uçduğunu öyrənib.
Toyun dəyərinin 19 manata yaxın olduğu məlum olub.