
Paşinyan qızı Məryəmlə birgə V Karl sarayında ziyafətdə iştirak edib
Ermənistanın Baş naziri Nikol Paşinyan qızı Məryəm Paşinyanla birgə Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində Qranadada V Karl sarayında İspaniya kralı VI Felipe və kraliçası Letisiya tərəfindən verilən ziyafətdə iştirak edib.
Empatv.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
İspaniyanın Baş naziri Pedro Sançes tədbirdə iştirak edən dövlət və hökumət başçılarını salamlayıb.
Şəbnəm Lətifi