
İsrail dənizdən Qəzzaya hücum etməyə başlayıb
İsrail donanmasının hücum katerlərinin Aralıq dənizi sahilində Qəzza zolağının mərkəzi hissələrini və Xan Yunus şəhərinin sahilindəki yaşayış məntəqələrini dənizdən vurub.
Empatv.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi "WAFA" məlumat yayıb.
Məlumata əsasən, İsrailin hücum qayıqlarından şəhərin sahilyanı ərazilərinə onlarla raket atılıb.
Hadisə nəticəsində ölən və yaralananlarla bağlı heç bir açıqlama verilməyib.