
Pentaqondan İrana xəbərdarlıq: "Qarışmayın!"
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun İranı İsraildəki münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq edib.
BiG.AZ "TASS"a istinadən xəbər verir ki, "Biz olduqca aydın mesaj göndərmək istəyirik. Biz İsraildəki münaqişənin genişlənməsini istəmirik, məqsəd İranın mesajımızı yüksək səslə və aydın şəkildə anlamasıdır", - Braun jurnalistlərin mesajın nə olduğunu soruşduqda əlavə edib
Daha əvvəl "Reuters" agentliyi Pentaqona istinadən Çarlz Braun ilə İsrail Baş Qərargahının rəisi Herzi Halevi arasında telefon danışığı apardığını bildirib. Onlar HƏMAS yaraqlılarının İsrailə qarşı son hücumlarını və ABŞ-ın Yaxın Şərq regionunda hərbi mövqelərini gücləndirmək üçün atılan addımları müzakirə ediblər.