İsrailin hücum etdiyi evdə eyni ailədən 14 nəfər ölüb

İsrailin hücum etdiyi evdə eyni ailədən 14 nəfər ölüb



İsrailin blokada altındakı Qəzza zolağına etdiyi hücumlarda eyni ailədən 14 nəfər ölüb.

Empatv.az Fələstinin rəsmi xəbər agentliyi WAFA-ya istinadən xəbər verir ki, İsrail ordusuna aid döyüş təyyarələri Qəzza zolağının şimalında yerləşən Beyt Lahya qəsəbəsində bir evə hücum edib.

Sözügedən evin fələstinli Məhəmməd və Əhməd əl-Medhun qardaşlarına aid olduğu, Medhun ailəsinin 14 üzvünün hücumda həyatını itirdiyi açıqlanıb.

2021-ci ildə İsrailin bölgəyə endirdiyi hava hücumunda evi vurulan Medhun qardaşlarının valideynlərin də ölmüşdü.

Top