
İsrailin HƏMAS-la müharibədə həlak olan hərbçilərinin SAYI
İsrailin HƏMAS-la müharibədə həlak olan hərbçilərinin sayı 220-yə çatıb.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, son sutkada 31 İsrail hərbçisi öldürülüb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 1300 nəfərə çatıb.