
Pensiyaçı nənə ayını döyüb qovdu
Bu hadisə Rusiyanın Çukotka Muxtar Dairəsinin Bilibino şəhərində baş verib. Gecə saatlarında yekəpər ayı 71 yaşlı pensiyaçının evinə girib.
Lent.az xəbər verir ki, yaşlı qadın səs-küy və uğultu səslərinə oyanıb. Qarşısında yırtıcı heyvanı görən nənə özünü itirməyib. O, masanın üstündə olan qəzeti büküb və heyvanı onunla döyüb.