
Priqojinin məzarının ilk GÖRÜNTÜLƏRİ - FOTO

"Vaqner" özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojinin məzarının görüntüləri yayılıb.
BAKU.WS bu barədə "SHOT" teleqram kanalına istinadən xəbər verir.
O, Sankt-Peterburqdakı Poroxov qəbiristanlığında dəfn edilib.
Priqojinlə qapalı vida mərasimi keçirilib və o, atasının yanında dəfn olunub.
Xatırladaq ki, avqustun 23-də - "vaqnerçilər"in qiyamından düz 2 ay sonra Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində "Vaqner" özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojina məxsus "Embraer Legacy 600" biznes təyyarəsi qəzaya uğrayıb. Ümumilikdə 10 nəfərin öldüyü qəzadan, rəsmi məlumata görə, sağ çıxan olmayıb. Bir neçə gündən sonra Rusiya Federasiyasının İstintaq Komitəsi DNT testi keçirərək onun ölümünü təsdiqləyib.