30 saniyə kamera qarşısında dondu

30 saniyə kamera qarşısında dondu


ABŞ Senatında Respublikaçılar Partiyasının lideri, 81 yaşlı senator Mitch Makkonel mətbuat mənsublarının suallarını cavablandırarkən yenidən 30 saniyədən çox donub qalıb.

BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, bu zaman Makkonelin köməkçisi onun yanına gəlib və senatordan sualı eşitib-eşitmədiyini soruşub. jurnalistlərə bir dəqiqəlik fasilə vermələrini xahiş edib.

Köməkçilərinin müdaxiləsindən sonra özünə gələn Makkonel yüksək səslə aldığı bir neçə suala qısa cavablar verərək mətbuat konfransını tərk edib. Qeyd edək ki, senator iyulun 26-da ABŞ Konqresinin mətbuat konfransında əsas çıxışını edərkən təxminən 20 saniyə donub qalıb.

Top