Maykl Ceksonun anbardan naməlum mahnıları tapılıb

Maykl Ceksonun anbardan naməlum mahnıları tapılıb


San-Fransiskoda müğənni Maykl Ceksonun yayımlanmamış treklərinin yazıları aşkar edilib .
Kasetlər bir vaxtlar prodüser Brayan Lorenə məxsus olan anbarda saxlanılırdı.

Sənətçinin 12 mahnısından ibarət unikal kolleksiya binanı satın alan təqaüdçü polis əməkdaşı Qreqq Musqrov tərəfindən aşkar edilib.

Ceksonun treklərinin 1989-1991-ci illər arasında yazıldığı ildirilir. Səs yazılarında hətta ifaçının özünün prodüserlə yaradıcılıq prosesini müzakirə etdiyini də eşidə bilərsiniz. Bundan əlavə, Maykl "Truth on Youth" adlı trekində əvvəllər onunla işlədiyi barədə söz-söhbət gəzən reper LL Cool J ilə rep oxuyub.

Ceksonun bəstələrinin tapılmış qaralamalarının sonda nə olacağı bilinmir, çünki Musqrov onların dəyərinin yeddi rəqəmə çata biləcəyinə əmindir və onları hərrac evlərindən biri vasitəsilə satmağı gözləyir.

Top