
Leonardo DiKapriodan 1 milyon dollarlıq yardım
Hollivud ulduzu Leonardo DiKaprio Los-Ancelesdəki meşə yanğınlarına ianə edib.
Empatv.az xəbər verir ki, qlobal istiləşmə və ətraf mühitin çirklənməsi ilə mübarizə aparın aktyor 1 milyon dollar bağışlayıb.
"Oscar" mükafatlı DiKaprio sosial şəbəkə hesabında bu ifadələri işlədib:
"Los-Anceles meşə yanğınları şəhərimizi viran edir. 1 milyon dollar ianə etməklə mən həm fövqəladə ehtiyaclar, həm də yanğından sonrakı xilasetmə səylərini dəstəkləyirəm".