
Alimlər immuniteti öyrənmək və dərman hazırlamaq üçün "çipdə sümük iliyi" yaradıblar
ABŞ-nin Pensilvaniya Universitetinin və digər elmi qurumların alimləri insanın sümük iliyini təqlid edən platforma hazırlayıblar. Cihaz canlı sümük iliyini zədələmə riski olmadan kimyaterapiya və ya şüa terapiyası zamanı xəstələrin hematopoez proseslərini və immun reaksiyalarını öyrənməyə imkan verir.