
İranda neft kəmərində sızma baş verib

Fars körfəzində İranla birləşən Harq adasındakı neft kəmərində sızma baş verib.
Empatv.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-ya danışan Genave Limanı və Dəniz Administrasiyasının sədri Kiamers Cokar mövzu ilə bağlı məlumat verib.
"Boru kəmərindən Harq adasına sızan neft Genave sahillərinə dəyib. Neft Genave limanına mənfi təsir edir", - Cokar deyib.
İran rəsmisi dağılan neftin tez bir zamanda təmizlənməsinə başlanılmasını istəyib.
Ötən il bölgədə sızma olduğu bildirilsə də, sızmaların əsas səbəbi köhnə İran neft kəmərləridir.