Tramp: Vəziyyət pisləşsə, qızılcaya qarşı tədbir görəcəyik

Tramp: Vəziyyət pisləşsə, qızılcaya qarşı tədbir görəcəyik


Ölkədə qızılca ilə bağlı vəziyyət pisləşərsə, Birləşmiş Ştatlar qətiyyətlə hərəkət edəcək.

Empatv.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin jurnalistləri ilə söhbətində deyib.

"Nə olacağını görəcəyik, amma şübhəsiz ki, (qızılca epidemiyası) daha da genişlənsə, qətiyyətlə hərəkət etməliyik", - o deyib.

Eyni zamanda, prezidentin sözlərinə görə, hazırda xəstəliyə yoluxma hallarının sayı olduqca azdır.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Federal Mərkəzlərinin son məlumatlarına görə, ilin əvvəlindən bəri 20-dən çox ştatda 607 qızılcaya yoluxma təsdiqlənib. Ölkədə iki ölüm hadisəsi qeydə alınıb. 2024-cü ildə ABŞ-də ümumilikdə 285 qızılcaya yoluxma qeydə alınıb.

Top