Nyu-Yorkda helikopterin çaya düşməsi nəticəsində 6 nəfər ölüb

Nyu-Yorkda helikopterin çaya düşməsi nəticəsində 6 nəfər ölüb


Məlum olduğu kimi, Nyu-Yorkda helikopter qəza edərək Hadson çayına düşüb.

Empatv.az “Fox News”a istinadla xəbər verir ki, helikopterin Hudson çayına düşməsi nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər həlak olub.

Qəza yerinə bir neçə gəmi və bir polis helikopteri göndərilib.

Qeyd olunur ki, insident aprelin 10-da təxminən saat 15:15-də (yerli vaxtla 23:15) Cersi Siti yaxınlığında baş verib. Bundan əlavə bildirilib ki, həlak olanlar “Siemens”in İspaniyadakı törəmə şirkətinin rəhbəri Agustin Eskobar, həyat yoldaşı və üç uşağıdır. 

Qəzanın səbəbi hələlik məlum deyil.

Top