
Tramp Çin mallarına rüsumların azaldılacağını güman edir
ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi 145 % gömrük rüsumları azaldıla bilər və artırılması ehtimalı azdır.
Empatv xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Müəyyən məqamda onların (tariflərin - red.) daha yüksək olmasını istəmirəm. Ona görə də mümkündür ki, mən onları daha yüksək, hətta müəyyən səviyyəyə qaldırmaq istəməyim. Ola bilər ki, aşağı salmaq istəyim ki, insanlar alsın, müəyyən məqamda isə almasınlar", - dövlət başçısı bildirib.
O, Çinlə ticarət vəziyyəti həll olunana qədər “TikTok”la bağlı müqaviləni təxirə salmaq niyyətində olduğunu vurğulayıb. "Bizim “TikTok”la bağlı razılaşmamız var, lakin o, Çindən asılı olacaq, ona görə də hər şey yoluna qoyulana qədər müqaviləni dayandıracağıq. Məncə, bu, Çin üçün yaxşı sövdələşmədir. “TikTok” müqaviləsi Çin üçün yaxşıdır. Düşünürəm ki, onlar bizim sövdələşmə etməyimizi istərdilər", - Tramp deyib.