Kosmosda daha bir ilk: Marsda oksigen istehsal edildi

Kosmosda daha bir ilk: Marsda oksigen istehsal edildi


  NASA-nın Perseverance roveri Marsda astronavt üç saat kifayət edəcək qədər oksigen istehsal edib.

BAKU.WS bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, 2021-ci ilin fevralında qırmızı planetə enən Perseverance rover iki ildən çoxdur ki, az miqdarda oksigen istehsal etmək üçün vaxtaşırı atmosferdə karbon qazı yandırır.

NASA-ya görə, toster ölçüsündə olan cihaz planetə çatandan bəri 122 qram oksigen istehsal edib.

Bu, kiçik bir itin 10 saat ərzində nəfəs almasına bərabərdir və elm adamlarına ümid verir ki, bir gün bu əlverişsiz planetdə insan həyatını davam etdirə bilər.
Top