
Atanın səhlənkarlığı: Saatlarla maşında unudulmuş 10 aylıq körpə öldü

BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, 10 aylıq körpə avtomobildə təxminən 7 saat qalıb, nəticədə uşaq dünyasını dəyişib.
Portuqaliyanın Lissabon şəhərində adı açıqlanmayan ata 10 aylıq qızı Madalena ilə birlikdə evdən çıxıb. İşə getməzdən əvvəl övladını bağçaya qoyduğunu düşünən ata, Madalenanı maşında unudub. 7 saat sonra geri qayıdan ata qızını maşında huşsuz vəziyyətdə tapıb. Hadisə yerinə tibbi yardım qrupları çağırılıb. Amma həkimlərin müdaxiləsinə baxmayaraq körpənin həyatını xilas etmək mümkün olmayıb.
Körpənin valideynlərinin psixoloji dəstək aldığı öyrənilib.