Maraqlı anlar! İlon Mask Ərdoğanın yanına uşağı ilə gəldi

Maraqlı anlar! İlon Mask Ərdoğanın yanına uşağı ilə gəldi


Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Zirvə Toplantısı çərçivəsində getdiyi ABŞ-da İlon Maskı qəbul edib.

BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, Nyu Yorkdakı Tür evidə keçirilən görüşdə Maskın Türkiyəyə planlaşdırdığı investisiyalar müzakirə edilib. Digər tərəfdən İlon Mask Ərdoğanla görüşünə qucağında uşağı ilə gəlib.

Qucağında 2 yaşlı oğlu Exa Dark Siderel ilə Türkevinə girən İlon Mask kameralara tuş gəlib. Sentyabrın 20-dək ABŞ-da prezident Ərdoğan görüşlər keçirəcək. İş dünyası nümayəndələrinin, beyin mərkəzlərinin rəsmilərinin və Amerika cəmiyyətinin müxtəlif təbəqələrindən olan fikir liderlərinin iştirak edəcəyi tədbirlərə qatılacaq.

Top