
Maşınla vurulan 1 yaşlı qız 5 gün sonra öldü
Şəmkir rayonunda 1 yaşlı qızın ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Qafqazinfo" xəbər verir ki, oktyabrın 5-də Şiştəpə kəndində Ramin Həsənov idarə etdiyi "Hyundai" markalı avtomobillə qohumuna məxsus evin qarşısında 2022-ci il təvəllüdlü Melisa Məmmədovanı vurub. Ağır xəsarətlər alan 1 yaş 5 aylıq qız ötən gün xəstəxanada vəfat edib.
Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.