Bakıda FACİƏ: 3 yaşlı uşaq öldü

Bakıda FACİƏ: 3 yaşlı uşaq öldü


Bakıda avtomobil ana və balanı vurub, azyaşlı ölüb.

Hadisə Xətai rayonunun General Şıxlinski küçəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Kənan Rzazadə idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə yolu keçən, 1994-cü il təvəllüdlü Ruhiyyə Tanrıverdiyeva və 2021-ci il təvəllüdlü Seymur Məmmədlini vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

Top