
Təyyarə qəzalarının sayı niyə artıb? - Məşhur pilot səbəbləri AÇIQLADI
Son aylarda təyyarə qəzalarının sayı kəskin şəkildə artıb. Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" təyyarəsinin qəzaya uğramasından sonra bu məsələ cəmiyyətimiz üçün aktuallığını daha da artırıb. Lakin həmin qəzadan sonra ardıcıl olaraq Cənubi Koreya, Kanada və Norveçdə də ardıcıl üç qəza baş verdi. Son olaraq isə - yanvarın 31-i və fevralın 1-də ABŞ-nin Vaşinqton ştatında və Pensilvaniya ştatının Filadelfiya şəhərində də ardıcıl iki təyyarə qəzası baş verib, nəticədə onlarla insan ölüb və yaralanıb.