Laçınlı tələbə Naxçıvanda dəm qazından boğularaq ölüb

Laçınlı tələbə Naxçıvanda dəm qazından boğularaq ölüb


Laçın rayonundan olan tələbə Naxçıvanda dəm qazından boğularaq ölüb.

Empatv-nin  məlumatına görə, hadisə Naxçıvan şəhəri 28 may küçəsində baş verib.

Bildirilib ki, Laçın rayonundan olan 2003-cü il təvəllüdlü Toğrul Vidadi oğlu Verdiyev kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Qeyd edək ki, o, Naxçıvan Müəllimlər İnstitutunun magistratura səviyyəsi üzrə 1-ci kurs tələbəsi idi.

Faktla bağlı araşdırma aparılır.

Top