Qaxda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Qaxda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var


  Qaxda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonunun İngiloy Kötüklü kənd sakini, 1991-ci il təvəllüdlü Okrocanaşvili Romani Rajoyeviçin idarə etdiyi “Mercedes” markalı avtomobil Qıpçaq kəndi istiqamətində hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəza zamanı nəqliyyat vasitəsində olan 3 sərnişin xəsarət alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
Top