
Bakıda 24 yaşlı oğlan bıçaqlanıb

APA xəbər verir ki, 1999-cu il təvəllüdlü Qurbanov Qurban Vüqar oğlu Binəqədi qəsəbəsi ərazisində tanımadığı bir nəfər şəxslə aralarında yaranmış mübahisə zəminində bıçaqlanıb.
Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.