Lənkəranda yol qəzasında iki nəfər xəsarət alıb-FOTO

Lənkəranda yol qəzasında iki nəfər xəsarət alıb-FOTO


Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1959-cu il təvəllüdlü Mirqiyas Talışxanovun idarə etdiyi "VAZ-2104" markalı minik maşını, Lənkəran şəhər sakini 1945-ci il təvəllüdlü Tələt Rəhimovun idarə etdiyi "QAZ-2124" markalı avtomobillə toqquşub.
  Ətraflı
Qəza nəticəsində "QAZ-2124"-ün sürücüsü və "VAZ-2104" markalı maşında olan sərnişin, Lənkəran rayonunun Girdəni kənd sakini 1959-cu il təvəllüdlü Seyran Nəzərov xəsarət alıblar. Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar, vəziyyətləri orta ağır qiymətləndirilir.
Qəza zamanı hər iki minik maşını deformasiyaya uğrayıb.
Faktla bağlı araşdırma aparılır.
Top