Atasının öldürməyi tanışına sifariş verdi - DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI

Atasının öldürməyi tanışına sifariş verdi - DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI


Bağlı qalmış daha bir xüsusilə ağır cinayətin üstü açılıb.

Empatv.az Sonxeber.az -a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2024-cü ilin yanvar ayında Fəqan Fərəcovun İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi, İlkin Hüseynovun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyən edilib.


Top