
Bu görüntülər Azərbaycana aid deyil - Diqqətli olun!
Dünəndən sosial şəbəkələrdə Bakıda özlərini polis əməkdaşı kimi təqdim edən bir qrup şəxsin mənzillərə gəlməsi barədə məlumatlar yayılır.
"Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdəki qruplarda yayılan məlumatlarda polis nişanları olan sənədlər və blanklar daşıyan şəxslərin siyahıyaalma ərəfəsində hər kəsin şəxsiyyət vəsiqəsinin etibarlı olub-olmamasını yoxlaması üçün qapıları döydüyü bildirilib. Qeyd edilib ki, polis adı ilə qapını döyən şəxslər əslində oğurluq məqsədilə evlərə daxil olurlar. Onların əlində noutbuk, biometrik cihaz və bütün adların siyahısı var.
Kiçik araşdırma zamanı məlum oldu ki, sosial şəbəkələrdə yayılmış görüntülər Azərbaycana aid deyil, eyni şəkillər bir müddət əvvəl Livan, İordaniya kimi ölkələrdə də yayılıb.